Millimizin keçmiş üzvü dondurma biznesi ilə məşğuldur
Basketbolun 3x3 növü üzrə Azərbaycan millisinin sabiq üzvü Mersedes Uolker dondurma biznesi ilə məşğuldur.
Bu barədə Sportlife.az-a 38 yaşlı keçmiş basketbolçunun özü məlumat verib.
O, bildirib ki, basketbol oynadığı dövrdə qurduğu dondurma biznesini genişləndirib. Sabiq yığma üzvü dondurma satışı üçün kiçik maşından istifadə etdiyini söyləyib.
Qeyd edək ki, ötən il karyerasını başa vurmuş Mersedes Uolker basketbolun 3x3 növü üzrə Azərbaycan yığmasının heyətində “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edib.