Adrian Pit: "Qarabağ" üçün hələ heç nə bitməyib"

  • Bu gün, 15:36

“Sabah bizi çox maraqlı oyun gözləyir”.

Bu sözləri Sportlife.az-a açıqlamasında vaxtilə “Xəzər Lənkəran”da oynamış rumıniyalı futbolçu Adrian Pit “Qarabağ” və FKSB komandaları arasında keçirəcək oyun barədə danışarkən deyib.

O, şansların əlli-əlliyə olduğunu söyləyib: “Çünki hər iki komanda Avropada yaxşı təcrübəyə malikdir. Həm “Qarabağ”, həm də FKSB öz liqalarının titullu klublarıdır. Çox prinsipial oyun olacaq. FKSB hücumda yaxşı oyanayan komandadır. Onlar boşluqlardan məharətlə istifadə edirlər. Lakin Azərbaycan çempionunun da heyətində yüksək səviyyəli futbolçular var. Düşünürəm ki, doğma meydan amili Ağdam təmsilçisinin işinə yarıya bilər”.

Veteran futbolçunun sözlərinə görə, “Qarabağ” pley-off mərhələsinə vəsiqə qazana bilər: “Hələ heç nə bitməyib. Bu, futboldur və istənilən nəticə ilə rastlaşmaq olar. “Qarabağ” Azərbaycanın adını, futbolunu Avropada layiqincə təmsil edir. İnanıram ki, yenə də uğur qazanacaqlar”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – FKSB matçı sabah saat 21:45-də start götürəcək


Paylaş: