Paytaxt klubu pula görə şantaj edilir

  • Bu gün, 19:00

"Spartak"ın hücumçusu Manfred Uqalde ilə bağlı qalmaqallı məlumat üzə çıxıb.

Sportlife.az xəbər verir ki, 22 yaşlı kosta-rikalının agentləri Moskva klubunun rəhbərliyini bir neçə milyon avro qarşılığında şantaj edirlər.

İddiaya görə, Uqaldenin agentləri bir çox klubun futbolçu ilə maraqlanması ilə bağlı media, bloqçular və insayderlər vasitəsilə məlumatlar yayırlar. Bu yaxınlarda Manfredin nümayəndələri “Spartak”dan futbolçunun maaşının 1,7 milyon avrodan 3 milyon avroya yüksəldilməsini tələb etmişdilər. Klub rəhbərliyi isə qərar verməyə tələsmir. Buna görə də agentlər forvardla "Zenit", PSJ, "Mançester Siti" və "Arsenal"ın maraqlanması barədə söz-söhbətləri ortaya atırlar.

Qeyd olunur ki, əslində “Spartak”ın Uqalde üçün konkret təklifi yoxdur və mətbuatda yazılanların hamısı futbolçunun agentlərinin uydurmasıdır.


Paylaş: