Sabiq "Qalatasaray"lı yanğın zamanı öldü
"Qalatasaray"ın avarçəkmə komandasının sabiq üzvü Mehmet Cem Doğan, həyat yoldaşı və qızı Boluda baş verən yanğında dünyasını dəyişib.
Sportlife.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Klub mərhumun yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, yanvarın 21-i səhər saatlarında Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki hoteldə baş vermiş yanğın nəticəsində 76 nəfər ölüb, 51 nəfər yaralanıb.