Juninyonun yeni klubu 10 milyon avro istəyir
"Flamenqo" Rusiya MOİK-inin Lorran üçün 8 milyon avroluq təklifini qəbul etməyib.
Sportlife.az xəbər verir ki, Braziliya klubu 18 yaşlı yarımmüdafiəçiyə görə 10 milyon avro istəyir. Moskva təmsilçisi ilə bu məbləği ödəmək niyyətində deyil.
Lorran Braziliyanın U-16 və U-17 yığmalarının keçmiş oyunçusudur. O, “Flamenqo”nun əsas heyətində ümumilikdə 34 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Flamenqo" qış fasiləsində "Qarabağ"dan Juninyonu 5 milyon avroya heyətinə qatıb.