Fatih Təkkə AFFA ilə razılığa gəldi

  • Bu gün, 12:13

Türkiyə millisinin sabiq futbolçusu Fatih Tekke 21 yaşlılardan ibarət Azərbaycan millisinin baş məşqçisi olacaq.

AFFA-ya yaxın mənbədən Sportlife.az-a verilən məlumata görə, Bakıya danışıqlar üçün gələn 47 yaşlı mütəxəssis yığmanın “sükanı arxasına” keçməyə razılıq verib.

Qeyd edək ki, bir neçə gün öncə Fatih Tekke Türkiyənin U-21 millisinin keçmiş baş məşqçisi Tolunay Kafkas və qapıçı-məşqçisi Metin Aktaş ilə birgə Azərbaycanda səfərdə olublar.


Paylaş: