"Fənərbağça"nın sabiq baş məşqçisi İran klubunda

  • Bu gün, 14:05

"Fənərbağça"dan ayrıldıqdan sonra işsiz qalan İsmail Kartalın yeni ünvanı bəlli olub.

Sportlife.az xəbər verir ki, mütəxəssis İranın "Persepolis" komandası ilə anlaşıb. Klub prezidenti Reza Droviş Türkiyəyə gələrək, Kartalla rəsmi müqavilə imzalayacaq.

Anlaşmaya əsasən, baş məşqçi ilə illik 2,2 milyon dollar maaş qarşılığında 1,5 illik müqavilə imzalanacaq.

İmza mərasimindən sonra İsmayıl Kartal və üç köməkçisi ən qısa zamanda İrana gedəcək.


Paylaş: