"Sabah" millimizin üzvü ilə vidalaşdı
“Sabah” futbolçusu Elvin Camalovla yollarını ayırıb.
Sportlife.az xəbər verir ki, yarımmüdafiəçinin müraciətinə klub rəhbərliyi tərəfindən müsbət qarşılıq verilib və onunla yolların ayrılmasına şərait yaradılıb.
Elvin bu gün səhər “Sabah” Futbol Mərkəzində klub rəhbərliyi, komanda yoldaşları və digər əməkdaşlarla sağollaşıb.
Camalov 2021-ci ilin yayından “Sabah”ın uğurları üçün çalışırdı. Uzun müddət kapitanlıq sarğısını daşıyan Elvin paytaxt təmsilçisinin heyətində ümumilikdə 113 oyun keçirib.
Qeyd edək ki, Elvin Camalovun "Neftçi"yə keçəcəyi gözlənilir.