Sabiq komandasını ÇL-in ən yaxşılarından hesab edir

  • Bu gün, 17:33

"İnter"in sabiq hücumçusu, Almaniya millisi ilə dünya və Avropa çempionu olmuş Yurgen Klinsmann Milan klubunun Çempionlar Liqasındakı şanslarını qiymətləndirib.

Sportlife.az xəbər verir ki, veteran futbolçu komandanın bu mövsüm qarşısına yüksək hədəflər qoyduğunu bildirib: “Düşünürəm ki, “İnter” çox maraqlı mövsüm keçirir, çünki onlar hər yarışda yaxşı çıxış etmək istəyirlər. Bu hədəfi mövsümün əvvəlində qarşılarına qoyublar və indi hər turnirdə medallar uğrunda mübarizə aparırlar. Bu təfəkkürlə siz yalnız qarşınızda duran növbəti oyuna diqqət yetirirsiniz. Bu, söz deyil, bütün böyük komandaların sirridir".

O, İnzaqinin özünü sübut edə bildiyini söyləyib: "Bu, Çempionlar Liqasında daha da nəzərə çarpır. Yeni formatda “İnter”ə ilk "səkkizliy"ə düşmək üçün neçə xal lazım olduğunu indi heç kim dəqiq bilmir. Komanda turnirin ən güclüsü olmağa layiqdir və onun finala yüksələ biləcəyinə inanmaq üçün hər cür əsas var".

Qeyd edək ki, "İnter" Çempionlar Liqasında növbəti oyununu bu gün Çexiya "Sparta"sına qarşı keçirəcək. 


Paylaş: