Kamerunlu futbolçu "Qarabağ"dan çəkinir
"Sabahkı oyuna köklənmişik. İnanırıq ki, buradan yaxşı nəticə ilə ayrılacağıq".
Sportlife.az xəbər verir ki, bu sözləri Rumıniyanın FKSB klubunun futbolçusu Coyskim Dava UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri VII tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Kamerunlu müdafiəçi yalnız pozitiv nəticəyə kökləndiklərini söyləyib: "Buraya qələbə qazanmaq üçün gəlmişik. Əsas məqsədimiz sabah ortaya yaxşı iş qoymaqdır. "Qarabağ" hücumameyilli komandadır. Onlara qarşı oynamaq asan olmayacaq. Səfərdə oynadığımız üçün üstünlüyün meydan sahiblərində olduğunu düşünürəm".
Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – FKSB matçı saat 21:45-də başlayacaq.