Tanınmış qapıçı ilə yeni müqavilə

  • Bu gün, 15:49

Danimarkalı qapıçı Kasper Şmeyxel "Seltik"lə müqaviləsini yeniləyib.

Sportlife.az xəbər verir ki, 38 yaşlı qolkiperin sözləşməsinin müddəti 2026-cı ilə qədər uzadılıb.

Təcrübəli oyunçu 2024-cü ilin yayından Şotlandiya klubunda çıxış edir. Şmeyxel bu mövsüm bütün turnirlərdə 34 oyun keçirib.

"Seltik" 23 oyundan sonra 60 xalla Şotlandiya Premyer Liqasına başçılıq edir. Çempionlar Liqasının əsas mərhələsində komanda 6 oyundan 9 xal toplayıb və 23-cü yeri tutur.


Paylaş: