MY-nın sabiq futbolçusu vətəndaşlığını dəyişir
"Marsel"in hücumçusu Meyson Qrinvud Yamayka millisində çıxış edəcək.
Sportlife.az xəbər verir ki, 23 yaşlı futbolçu idman vətəndaşlığını dəyişmək üçün sənədləşmə prosesinin son mərhələsindədir.
İddiaya görə, Qrinvud Yamayka millisində oynamaq qərarına İngiltərə Futbol Assosiasiyası onun bir daha heç vaxt ölkənin yığmasına çağırılmayacağını açıqladıqdan sonra verib.
Qrinvud Yamaykanı təmsil etmək hüququnu Karib əyalətində doğulan atası sayəsində qazanıb. Üstəlik, futbolçunun İngiltərə millisində yeganə çıxışı 21 yaşdan kiçik olduğu zaman baş verib ki, bu da ona FIFA qaydalarına uyğun olaraq idman milliyyətini dəyişməyə imkan verib.
Xatırladaq ki, 2022-ci ilin yanvarında Qrinvuda təcavüzdə ittiham olunub. Lakin 2023-cü ilin fevralında bütün ittihamlar ləğv edilib.
Qrinvud bu mövsüm "Marsel"in heyətində 20 matçda 13 qol vurub və 4 məhsuldar ötürmə edib. O, Fransa klubundan öncə "Mançester Yunayted" və "Xetafe"də də çıxış edib.