Məşhur tennisçinin rekordu təkrarlandı

  • Bu gün, 16:11

İki “Böyük dəbilqə” turnirinin qalibi, 19 ATP turnirinin çempionu, dünyanın bir nömrəsi Yannik Sinner ardıcıl ikinci dəfə Avstraliya Açıq çempionatının yarımfinalına yüksələn ən gənc oyunçu olub.

Sportlife.az xəbər verir ki, italiyalı idmançı bu göstəriciyə çatan ikinci tennisçidir. Sinner bunu 23 yaş 159 günlüyündə reallaşdırıb.

Daha əvvəl isə bu uğura 2008-ci ildə ispaniyalı məşhur raketka ustası Rafael Nadal imza atıb. Həmin vaxt onun 21 yaşı var idi.

Qeyd edək ki, Sinner Avstraliya Açıq çempionatının 1/4 final matçında yerli tennisçi Aleks de Minauru məğlub edib.


Paylaş: