Ukrayna millisinin hücumçusu Superliqada

  • Bu gün, 14:36

Ukrayna millisi və "Şaxtyor"un hücumçusu Daniil Sikan karyerasını Türkiyədə davam etdirəcək.

Sportlife.az xəbər verir ki, bu barədə 23 yaşlı futbolçunun özü məlumat verib. O, "Trabzonspor"a keçdiyini açıqlayıb:

"Trabzonspor" böyük hədəfləri olan böyük komandadır. Tələblərimə cavab verdiyi üçün bu klubu seçdim. Bu, mənim inkişafım üçün mühüm addımdır".

Sikan bu mövsüm 18 oyun keçirib, 1-i Çempionlar Liqasında olmaqla 4 qol vurub. O, Ukrayna millisində 7 oyuna 1 dəfə fərqlənib.


Paylaş: