Milli üzvü üçün 27 milyonluq təklif
"Mançester Yunayted" "Leççe" və Danimarka millisinin cinah oyunçusu Patrik Dorqunu transfer etmək üçün danışıqlar aparır.
Sportlife.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İtaliya klubuna bonuslar istisna olmaqla, 27 milyon avro məbləğində rəsmi təklif göndərib.
Lakin "Leççe" bundan imtina edib. Klub 35-40 milyon arası təzminat istəyir.
Dorqu bu mövsüm A Seriyasında 20 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.