Səhhətindəki problemlərə görə millidən ayrıldı
Özbəkistan millisinin baş məşqçisi Sreçko Katanets federasiya ilə müqaviləsini ləğv etmək qərarına gəlib.
Sportlife.az xəbər verir ki, mütəxəssis səhhətində yaranan problemlərə görə bu addımı atıb.
“Öz müraciətində sloveniyalı məşqçi təəssüflə qeyd edib ki, hazırkı vəziyyətdə vəzifələrini tam və peşəkar şəkildə yerinə yetirə bilmir. O, assosiasiyaya daimi dəstəyə və səmərəli əməkdaşlığa görə minnətdarlığını bildirib. Katanets komandamıza dünya çempionatına vəsiqə qazanmaq yolunda uğurlar arzulayıb", - deyə Özbəkistan Futbol Assosiasiyasının bəyanatında deyilir.
Qeyd edək ki, 61 yaşlı məşqçi 2021-ci ilin avqustundan Özbəkistan millisinə rəhbərlik edirdi.