Yoviç A Seriyasının başqa bir klubuna keçə bilər

  • Bu gün, 09:43

"Milan"ın serbiyalı hücumçusu Luka Yoviç klubun planlarına daxil olmadığı üçün qış transfer pəncərəsində komandadan ayrıla bilər.

Sportlife.az xəbər verir ki, A Seriyasının digər təmsilçisi "Monza" 27 yaşlı forvardı heyətinə qatmaq istəyir.

Cari mövsümdə Yoviç "Milan" forması ilə cəmi 4 oyunda iştirak edib və heç bir qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb. Onun klubla olan müqaviləsi 2025-ci ilin iyun ayında başa çatır.

Qeyd edək ki, Yoviç 2023-cü ilin sentyabr ayında "Milan"a "Fiorentina"dan keçmişdi.


Paylaş: