
Di Mariyanın seçimi: Messi, yoxsa Ronaldu?
Argentina millisinin futbolçusu Anxel Di Mariya dünyanın ən yaxşısı hesab etdiyi futbolçunun adını açıqlayıb.
Sportlife.az xəbər verir ki, Lionel Messi və Kriştianu Ronaldu arasında seçim edən yarımmüdafiəçi həmyerlisinə üstünlük verib.
Portuqaliyalı hücumçunun çıxışını da yüksək qiymətləndirən Di Mariya onun Messi qədər uğur qazanmadığını vurğulayıb.
Qeyd edək ki, Messi hazırda "İnter Mayami"də, Ronaldu isə "Əl-Nəsr"də çıxış edir.