
"Fənərbağça"nın futbolçusu Niderlanda gedir
Türkiyənin “Fənərbağça” klubunun müdafiəçisi Ceyden Ostervolde Niderlandda əməliyyat olunacaq.
Sportlife.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin “Olimpiyakos”la Yunanıstanda keçirilən matçın 43-cü dəqiqəsində zədələnən 22 yaşlı futbolçunun durumu ciddidir.
O, əməliyyat olunmaq üçün bu gün Niderlanda yollanacaq.
Qeyd edək ki, Ceyden Ostervolde bu mövsüm meydana çıxdığı 41 oyunda 2 qol vurub.