Gündoğan Arauxo ilə münasibətləri düzəldib

  • 20 Aprel 2024, 09:41

"Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan müdafiəçiyə ünvanladığı tənqidi sözləri komanda yoldaşı Ronald Arauxoya izah edərək müsaibətləri normallaşdırıb.

Sportlife.az COPE-yə istinadla xəbər verir ki, almaniyalı yarımmüdafiəçi Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə cavab oyununda (1:4) birbaşa qırmızı vərəqə alan uruqvaylını tənqid edib.

"Barselona" La Liqada 31 oyundan sonra 70 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.


Paylaş: