İngiltərə nəhənglərinin yeni hədəfi

  • 26 Aprel 2024, 14:33

"Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimaraeş karyerasını başqa klubda davam etdirə bilər.

Sportlife.az 90min.com-a istinadla xəbər verir ki, 26 yaşlı braziliyalı üçün "Arsenal" və "Mançester Siti" yarışır. Eyni zamanda, "Nyukasl" futbolçu üçün nə az, nə çox, 93 milyon avro tələb edir.

Bu mövsüm Gimaraeş 45 oyun keçirib, 4 qol vurub və 8 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunun dəyərini 85 milyon avro qiymətləndirir.


Paylaş: