"Qarabağ" "Neftçi"ni darmadağın etdi, "Sumqayıt"dan heç-heçə - YENİLƏNİB

  • 4 May 2024, 21:26

Bu gün Misli Premyer Liqasında 33-cü tura start verilib.

Sportlife.az xəbər verir ki, ilk gündə 2 matç keçirilib. "Kəpəz"  "Sumqayıt"la qarşılaşıb və 1:1 hesablı heç-heçə edib.

Turun mərkəzi matçında isə "Qarabağ" "Neftçi"ni qəbul edib. Çempionluğu rəsmiləşdirən Ağdam təmsilçisi 5:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turun digər oyunları 5 və 6 may tarixlərində keçiriləcək.

4 may

19:30. “Qarabağ” – “Neftçi” - 5:0 

Qollar: Nəriman Axundzadə, 12, Toral Bayramov, 41, Leandro Andrade, 66, Nəriman Axundzadə, 77, Abdullah Zubir, 85

Qırmızı vərəqə: Yuri Matias, 78 ("Neftçi")
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Kamran Bayramov, Fərid Hacıyev
Azersun Arena

16:30.“Kəpəz” – “Sumqayıt” - 1:1 

Qollar: Cordan Rezabala, 80 (0:1), Elçin Əlicanov, 90+5 (1:1)

Qırmızı vərəqələr: Olavale Onanuqa ("Kəpəz"), Martins Junior, 90+5 ("Kəpəz")
Hakimlər: Tural Qurbanov, Zohrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı
Tovuz şəhər stadionu

5 may

16:30. “Turan Tovuz” – “Zirə”
Hakimlə
r: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu

Tovuz şəhər stadionu

19:00. “Araz Naxçıvan” – “Sabah”
Hakimlər
: Əliyar Ağayev, Akif Əmirəli, Rahil Ramazanov, Rəşad Əhmədov

Liv Bonadea Arena

6 may

19:00. “Səbail” – “Qəbələ"
Hakimlər
: Əli Əliyev, Cəmil Quliyev, Eyyub İbrahimov, Rəvan Həmzəzadə

ASCO Arena


Paylaş: