Təcrübəli məşqçinin müqaviləsi uzadıldı

  • 18 May 2024, 13:41

“Atletik” baş məşqçisi Ernesto Valverdenin müqaviləsini uzadıb.

Sportlife.az xəbər verir ki, 60 yaşlı mütəxəssislə yeni müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Valverde 2022-ci ilin iyulundan “Atletik”ə rəhbərlik edir.

Bask klubu 36 turdan sonra İspaniya La Liqasının turnir cədvəlində 62 xalla 5-ci yerdədir. Klub bu mövsüm İspaniya Kubokunu qazanmağı bacarıb.


Paylaş: