Azərbaycanın U-19 millisinin seçmə mərhələ oyunlarının vaxtı açıqlandı

  • 6 May 2024, 17:41

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının 2024/2025 mövsümü üzrə seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

Sportlife.az AFFA-nın saytına istinadən xəbər verir ki, 7-ci qrupda yer alan U-19 noyabrın 13-də İrlandiyanın, 16-da İslandiyanın, 19-da isə Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.

Qeyd edək ki, qrup mərhələsinin görüşləri Moldovada keçiriləcək..


Paylaş: