"Real" yeni müqaviləyə hazırlaşır

  • 4 Mart 2024, 22:33

"Real Madrid"in yarımmüdafiəçisi Toni Kroos Madrid klubu ilə müqaviləsini uzatmağa yaxındır.

Sportlife.az jurnalist Nikolo Skiraya istinadla xəbər verir ki, alman futbolçunun komanda ilə yeni müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq.

Futbolçunun hazırkı müqaviləsi bu yay başa çatır.

Bu mövsüm 34 yaşlı Kroos 35 oyun keçirib, 1 qol vurub və 7 məhsuldar ötürmə edib.


Paylaş: