"İnter" çempionluğa doğru addımlayır

  • 5 Mart 2024, 01:55

İtaliya çempionatının 27-ci turunun matçında "İnter" doğma meydanda "Cenoa"ya qalib gəlib - 2:1.

Sportlife.az xəbər verir ki, meydan sahiblərindən Kristian Asslani və Aleksis Sançes, qonaqlardan isə Xoan Vaskes fərqlənib.

"İnter" A Seriyasının turnir cədvəlinə başçılıq etməkdə davam edir. Komanda 27 matçda 72 xal toplayıb, ikinci yerdə qərarlaşan "Yuventus"la fərq hazırda 15 xaldır.

“Cenoa” 33 xalla 12-ci yerdədir.


Paylaş: