Joze Mourinyo: Real Madriddən ayrılmaq üçün yalvardım
“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo “Real Madrid”dən ayrılarkən klub rəhbərliyinə yalvarmaq məcburiyyətində qaldığını söyləyib.
Sportlife.az xəbər verir ki, 2010-2013-cü illər aralığında Madrid “Real”ını çalışdıran təcrübəli çalışdırıcı “Açığı “Real” rəhbərliyi getməyimi istəmirdi. Onlardan hər kəs işin çətin tərəfinin bitdiyini və mənim qalmağımı istəyirdi. Bu komandadan ayrılmaq üçün yalvarmaq məcburiyyətində qaldım” deyə bildirib.
Qeyd edək ki, portuqaliyalı mütəxəssis Madrid klubunda çalışdığı müddət ərzində La Liqa çempionluğunu və İspaniya Superkuboku qazanıb.