
"Neftçi" "Zirə"yə, "Sabah" "Kəpəz"ə qalib gəldi - YENİLƏNİB
Premyer Liqada 15-ci turun oyunları davam edir.
Sportlife.az xəbər verir ki, bu gün daha 2 matç keçiriləcək. Əvvəlcə "Kəpəz" "Sabah"ı qəbul edəcək. Görüş saat 15:00-da başlayacaq.
Günün son qarşılaşmasında "Zirə" "Neftçi"nin qonağı olacaq.
Qeyd edək ki, tura sabah keçiriləcək “Qarabağ” – “Qəbələ” oyunu ilə yekun vurulacaq.
3 dekabr
17:00. “Neftçi” – “Zirə” - 1:0 (2-ci hissə)
Qol: Rəhman Hacıyev, 60
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rahil Ramazanov, Cavid Cəlilov
“Neftçi Arena”
15:00. “Kəpəz” – “Sabah” - 0:2
Qollar: Anatoli Nuriyev, 6, Yeqor Xvalko,15-avtoqol
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Əli Əliyev
Tovuz şəhər stadionu