UEFA klublarımıza nə qədər ödədi?
AFFA 2025-ci ildə futbol klublarına UEFA tərəfindən ayrılan maliyyə vəsaiti ilə bağlı hesabatı açıqlayıb.
Sportlife.az xəbər verir ki, yerli klublara ümumilikdə 73 milyon 386 min 489 manat ödənilib.
“Qarabağ” avrokuboklardakı uğurlu çıxışına görə UEFA-dan ümumilikdə 61 milyon 123 min 325 manat gəlir əldə edib.
"Sabah"a 3 milyon 27 min 845 manat, "Araz-Naxçıvan"a 2 milyon 480 min 415 manat, "Zirə"yə 2 milyon 70 min 729 manat, "Neftçi"yə 1 milyon 23 min 94 manat, "Sumqayıt"a 833 min 496 manat, "Səbail"ə 706 min 895 manat, "Turan Tovuz"a 706 min 895 manat, "Kəpəz"ə 706 min 895 manat, "Qəbələ"yə 427 min 340 manat, "Şamaxı"ya 279 min 555 manat ödənilib.