Kimmix "Bavariya"da qalacaq
Yozua Kimmix karyerasını "Bavariya"da davam etdirəcək.
Sportlife.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, almaniyalı futbolçu Münhen klubuyla müqavilə uzatmağa digər klublara getməkdən daha yaxındır.
Kimmixin hazırki sözləşməsi gələn ilin yayında bitir. O, 2015-ci ildən "Bavariya"da çıxış edir.
29 yaşlı yarımmüdafiəçiylə Avropanın bir çox nəhəng klubu yaxından maraqlanırdı.