Kubokun ilk finalçısı bəlli oldu

  • 3 Aprel 2024, 13:10

Portuqaliya kubokunun yarımfinal mərhələsində "Benfika" və "Sportinq" komandaları arasında cavab görüşü oynanılıb.

Sportlife.az xəbər verir ki, matç 2:2 hesabı ilə yekunlaşıb. Bu komandalar arasında ilk oyunda "Sportinq" 2:1 hesabı ilə qalib gəlmişdi.

İki oyunun nəticəsinə əsasən, "Sportinq" "Benfika" səddini aşaraq finala adlayıb. 

Komanda finalda "Portu" - "Vitoriya Gimaraes" cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, "Sportin" 26 oyundan sonra 68 xalla Portuqaliya çempionatında birinci yerdədir. “Benfika” 27 oyundan sonra 67 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır.


Paylaş: