"Latsio"ya 1 qol bəs etdi

  • 20 Aprel 2024, 08:18

İtaliya A Seriyasının 33-cü turunun matçında "Latsio" səfərdə "Cenoa"ya qalib gəlib - 1:0.

Sportlife.az xəbər verir ki, yeganə qolu 67-ci dəqiqədə Roma klubunun yarımmüdafiəçisi Luis Alberto vurub.

"Latsio" (52 xal) A Seriyasında altıncı pilləyə yüksəlib. "Cenoa" (39) turnir cədvəlində 12-ci yerdə qalır.


Paylaş: