
"Liverpul"un hədəfindəki müdafiəçi
"Liverpul" hələ də "Kristal Pelas"ın müdafiəçisi Mark Qexinin transferində maraqlıdır.
Sportlife.az xəbər verir ki, müdafiəçi Carrell Kuansanı "Bayer"ə satan "qırmızılar" müdafiə xəttini gücləndirməlidir. Əsas namizəd 24 yaşlı Qexidir. Eyni zamanda, Mersisayd klubunun başqa mərkəz müdafiəçisinə ehtiyacı ola bilər. Çünki İbrahima Konate də komandanı tərk etmək istəyir.
Mark Qexi ötən mövsüm "Kristal Pelas"ın heyətində 44 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.