
Tanınmış futbolçu qəzada öldü
"Liverpul"un və Portuqaliya yığmasının hücumçusu Dioqu Jota 28 yaşında dünyasını dəyişib.
Sportlife.az xəbər verir ki, futbolçu İspaniyanın Zamora əyalətində ölümlə nəticələnən qəzaya düşüb.
Məlumata görə, qəza A-52 magistralının 65-ci kilometrliyində, Palasios de Sanabria bələdiyyəsi ərazisində baş verib. Futbolçunun 26 yaşlı qardaşı Andre ilə birlikdə olduğu avtomobil yoldan çıxaraq aşıb və alovlanıb.
Qeyd edək ki, Jota "Liverpul"un heyətində İngiltərə çempionu olub, ölkə kubokunu və Liqa Kubokunu qazanıb. O, Portuqaliya millisi ilə iki dəfə UEFA Millətlər Liqasının qalibi olub.