
Simeone həmyerlisindən əl çəkmir
"Atletiko" "Tottenhem"in müdafiəçisi Kristian Romeronu transfer etməyi hədəfləyir.
Sportlife.az xəbər verir ki, ispanlar 27 yaşlı argentinalı futbolçu üçün 55 milyon avro ödəməyə hazırdırlar. Romeronun performansı əsasında şərtlər yerinə yetirildikdən sonra əlavə 15 milyon avro ödəniləcək.
"Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin həmyerlisinə müdafiəni gücləndirmək üçün əsas fiqur kimi baxdığı bildirilir.