PSV-dən A Seriyasına

  • Dünən, 15:12

PSV-nin yarımmüdafiəçisi Noa Lanq "Napoli"yə keçəcək.

Sportlife.az xəbər verir ki, klublar müqavilənin demək olar ki, bütün detalları ilə bağlı razılığa gəliblər. Yalnız ödəniş şərtlərini razılaşdırmaq qalıb.

Qeyd edək ki, Lanq 2023-cü ildən PSV-də çıxış edir. Ötən mövsüm 44 oyun keçirib, 14 qol vurub və 12 məhsuldar ötürmə edib.


Paylaş: