Suares seçim qarşısında

  • Dünən, 15:58

"İnter Mayami"nin hücumçusu Luis Suares müqaviləsi başa çatdıqdan sonra klubu tərk edəcək.

Sportlife.az xəbər verir ki, futbolçu 2025-ci ilin sonuna qədər qüvvədə olan müqaviləsini yeniləməyəcək. 38 yaşlı futbolçunun gələcəyi hələlik məlum deyil. Suaresin iki seçimi var: ya karyerasını bitirmək, ya da Uruqvaya qayıtmaq.

Suares 2024-cü ilin yanvarında "İnter Mayami"yə keçib.


Paylaş: