"Zirə"nin sabiq futbolçusu "Lans"da

  • Bu gün, 12:53

Azərbaycanda “Zirə” və “Səbail”in formasını geyinmiş Bilal Hamdi məşqçiliyə başlayıb.

Sportlife.az Fransa mətbuatına istinadən xəbər verir ki, o, yetirməsi olduğu “Lans” klubuna məşqçi təyin olunub.

Ötən mövsüm Fransanın həvəskarlar liqasında “Arras”ın formasını geyinmiş 34 yaşlı yarımmüdafiəçi eyni anda məşqçilik kursunu da oxuyurdu. Hamdi “Lans”da baş məşqçi Pyer Sajın iki köməkçisindən biri kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Bilal Hamdi 2018-19 mövsümündə “Zirə”nin, 2019-cu ildə isə qısa müddət “Səbail”in formasını geyinib.


Paylaş: