
Maksim Medvedev baş məşqçi oldu
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib.
Sportlife.az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu post Maksim Medvedevə tapşırılıb.
Futbolçu karyerasını bütünlüklə “Qarabağ”a həsr edən 35 yaşlı mütəxəssis son bir ili U-14 komandasının məşqçisi kimi keçirib.
Qeyd edək ki, “Qarabağ” akademiyasının yetirməsi olan Maksim Medvedev 2006-2024-cü illərdə əsas komandanın formasını geyinib. O, “Qarabağ”ın heyətində ən çox oyun keçirən futbolçudur.