"Qarabağ" Azərbaycanı tərk etdi

  • Dünən, 13:51

“Qarabağ” təlim-məşq toplanışının 2-ci mərhələsi üçün Avstriyaya yollanıb.

Sportlife.az xəbər verir ki, komanda bu gün Heydər Əliyev Beynəlxalq Aeroportundan səfərə yola düşüb.

Ağdam təmsilçisi məskunlaşacağı Zell-Am-Seenin Kaprun bölgəsində 4 sınaq matçına çıxacaq. İyulun 7-də keçiriləcək ilk görüşdə rəqib Ukraynanın “Metallist” klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Azərbaycan çempionu 4 gün sonra “Tvente” ilə iki görüşə çıxacaq. Niderland klubu ilə oyunlar saat 17:00 və 19:15-də start götürəcək.

İyulun 15-də baş tutacaq toplanışın son matçı Avstriyanın “Zalsburq” kollektivinə qarşı olacaq. Görüş saat 18:00-da başlayacaq. Qarşılaşmaların 4-ü də Kaprun stadionunda olacaq.

Qeyd edək ki, “Qarabağ” iyulun 16-dək Avstriyada təlim-məşq toplanışı keçirəcək.


Paylaş: