
"Arsenal" yeni hücumçu alır
"Arsenal" "Nyukasl"ın hücumçusu Antoni Qordonu transfer etmək istəyir.
Sportlife.az xəbər verir ki, londonlular artıq 24 yaşlı forvardla bağlı ilkin danışıqlar aparıb. Futbolçu ilə "Liverpul" da maraqlanır.
Qordon ötən mövsüm 42 matçda 9 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2024-cü ildə 6 il müddətinə uzadılıb.
Transfermarkt futbolçunun dəyərini 65 milyon avro qiymətləndirir.