
İtaliya futbolçularla yollar ayrıldı
İtaliyalı yarımmüdafiəçilər Lorenzo İnsinye və Federiko Bernardeski "Toronto"dan ayrılıblar.
Sportlife.az xəbər verir ki, onlarla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 34 yaşlı İnsinye, Lionel Messi "İnter Mayami"yə keçməzdən əvvəl MLS-də ən çox qazanan oyunçu idi. O, illik 15,4 milyon dollar alırdı. 31 yaşlı Bernardeskinin maaşı isə təxminən 6,3 milyon dollar idi.