
Jiru 13 ildən sonra vətəninə qayıtdı
Fransa millisinin sabiq hücumçusu Olivye Jiru “Lill”ə keçib.
Sportlife.az xəbər verir ki, 38 yaşlı forvardla 1 illik müqavilə imzalanıb. Jiru sonuncu dəfə 2010-2012-ci illərdə "Monpelye"nin heyətində Fransa çempionatında çıxış edib.
İyunun 28-də "Los-Anceles" Jiru ilə əməkdaşlığa son qoyub. Forvard 2024-cü ilin yayından bu klubda çıxış edirdi. O, bu müddət ərzində 37 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.