Reşford üçün daha bir müştəri

  • Dünən, 13:07

"Mançester Yunayted"in hücumçusu Markus Reşford karyerasını Almaniyada davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, 27 yaşlı ingilislə "Bavariya" maraqlanır. Münhen klubu hücumçunun ötən mövsüm "Aston Villa"dakı çıxışını çox bəyənib.

Qeyd edək ki, Reşford ötən mövsümün ikinci yarısını icarə əsasında "Aston Villa"da keçirib. O, 17 matçda 4 qol vurub və 6 məhsuldar ötürmə edib.


Paylaş: