Messi MLS-in inkişaf yolunu göstərdi

  • 1 Mart 2025, 11:55

“İnter Mayami”nin hücumçusu Lionel Messi komandasının 2025-ci il Klublararası Dünya Çempionatında iştirakının ABŞ-da futbolun inkişafına kömək edəcəyini bildirib.

Sportlife.az xəbər verir ki, argentinalı superulduz bunun klubu üçün çox vacib olduğunu söyləyib:

“Üstəlik, turnir ABŞ-da keçiriləcək. Bu həm də iki klubla təmsil olunacaq MLS üçün inkişaf deməkdir və yeni oyunçular cəlb etmək üçün yaxşı fürsətdir.

Düşünürəm ki, futbol ABŞ-da insanların izləməyə öyrəşdiyi idman növlərindən fərqlidir və başqa cür idarə olunmalıdır. Bu, MLS-in dəyişməsi və daha yetkin liqaya çevrilməsi üçün bir fürsətdir”.


Paylaş: