
Mesut Özil qərarını verdi
Mövsümün sonunda "Arsenal"la müqaviləsi başa çatacaq olan Mesut Özilin adı bir çox klublla hallanır. Sportlife.az xəbər verir ki, bunların başında "Barselona" gəlir.
"Liverpul"dan Filippe Koutinyonu transfer edə bilməyən "katolon klubu" B planı olaraq Özili düşünür. Ancaq görünür İspaniya nəhəngi C planına keçməli olacaq. Çünki 29 yaşlı yarımmüdafiəçinin yenidən İspaniyaya qayıtmaq fikri yoxdu. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Qəzetin iddiasına görə Özil yaxın dostlarına yenidən İspaniyaya qayıtmaqdansa Joze Mourinyonun çalışdırdığı "Mançester Yunayted"ə keçməyi üstün tutduğunu deyib.