Murad Musayev çempionluğu düşünmür

  • 20 Aprel 2024, 09:11

“Krasnodar”ın baş məşqçisi Murad Musayev etiraf edib ki, Rusiya Premyer Liqasında çempionluq yarışı haqqında düşünmür.

Sportlife.az xəbər verir ki, RPL-in 25-ci turunda Musayevin komandası evdə "Fakel"i məğlub edib - 2:0. Viktor Sa və Con Kordoba hərəyə bir qol vurub.

"Mən çempionluq yarışı haqqında düşünmürəm. Mənim üçün əsas olan həmişə "Krasnodar"ın oyununun keyfiyyətidir. "Fakel"lə matçda yaxşı idi və nəticə ilə üst-üstə düşdü. İndi xoşbəxtəm. İrəli getməliyik”, - deyə Musayev "matchtv.ru"ya danışıb.

Voronej komandası üzərində qələbədən sonra "Krasnodar" 46 xalla "Zenit"dən 1 xal geri qalır, lakin Sankt-Peterburq təmsilçisi hələ 25-ci turdakı matçını keçirməyib.


Paylaş: