Noyeri Messi ilə müqayisə etdi

  • 18 Aprel 2024, 13:15

"Bavariya"nın və Almaniya yığmasının sabiq hücumçusu Mario Qomez Münhen klubunun qapıçısı Manuel Noyer haqqında fikirlərini bildirib.

Sportlife.az xəbər verir ki, Qomez "Bild"ə açıqlamasında “Mən Manuel Noyeri futbola verdiyi önəm baxımından Messi ilə bərabər tutardım. Bu qapıçının idmanımızda nə qədər inqilab etdiyini dərk edib-etmədiyimi də bilmirəm. Yalnız 20 ildən sonra biz bunu başa düşəcəyik” deyib.

"Bavariya" Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Arsenal"ı məğlub edib (1:0).


Paylaş: