“Qarabağ” – HİK oyununun vaxtı və məkanı bəlli oldu

  • 3 Avqust 2023, 14:12

“Qarabağ”ın Avropa Liqasının 3-cü təsnifat mərhələsində HİK-lə (Finlandiya) ilk oyunun başlama saatı və stadionu müəyyənləşib.

Msport.az  verir ki, avqustun 10-u oynanılacaq matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Ağdam təmsilçisi bu mövsüm Çempionlar Liqasındakı ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirmişdi.

Tərəflər arasında cavab görüşü isə avqustun 17-i olacaq.

Paylaş: