Rişarlison təşəkkür etdi
"Tottenhem"in hücumçusu Rişarlison keçmiş klubu "Everton"un azarkeşlərinə sosial şəbəkə vasitəsilə təşəkkürünü bildirib.
Sportlife.az xəbər verir ki, o, "Goodison Park" stadionunda keçirdiyi 83 oyunun hər birindən dərin minnətdarlıq hissi duyduğunu ifadə edib. Rişarlison burada peşəkar karyerasında ən çox vaxt keçirdiyini və ən çox qol vurduğunu qeyd edərək "Bu gün sonuncu dəfə burada oldum. Təşəkkürlər, "Goodison Park" sözlərini əlavə edib.
Qeyd edək ki, ötən həftəsonu "Tottenhem" Premyer Liqanın 22-ci turu çərçivəsində "Everton"un qonağı olub və məğlubiyyətlə üzləşib. Bu nəticə ilə London klubu turnir cədvəlində 15-ci pilləyə geriləyib.